SƏNAYE

Bu şəhərdə sənaye məhsullarının istehsalı 20 faiz artıb
05 FEVRAL
171

Bu şəhərdə sənaye məhsullarının istehsalı 20 faiz artıb

2019-02-05 10:23:00

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial-iqtisadi göstəricilərində önəmli nəticələr əldə edilib. Fins.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2018-ci ildə daxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla, 7000 yeni iş yeri yaradılıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257