SƏNAYE

O, bölgədə məhsul buraxılışının həcmi bu qədər artıb
04 FEVRAL
91

O, bölgədə məhsul buraxılışının həcmi bu qədər artıb

2019-02-04 17:47:00

Neftçalada ötən il məhsul buraxılışının həcmi 2017-ci ilə nisbətən 14,7 faiz artaraq 317344 min manat olub. Fins.az xəbər verir ki, rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, istehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 75,3, xidmət sahələrinin payı isə 24,7 faiz səviyyəsindədir. 2017-ci illə müqayisədə istehsal sahəsində 19,4 faiz, xidmət sahəsində isə 2,3 faiz artım qeydə alınıb. Bu dövrdə sənayedə 48725,3, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 101604,5, tikintidə 88694,8, nəqliyyat və anbar təsərrüfatında 2269,1, informasiya və rabitədə 786,3, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 75264 min manatlıq xidmətlər göstərilib. Ötən il əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 3621,7 manata bərabər olub.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255