SƏNAYE

Neftin qiyməti ancaq bu halda qalxa bilər
14 YANVAR
110

Neftin qiyməti ancaq bu halda qalxa bilər

2019-01-14 13:55:00

"Brent markalı neftin bir barelinin yanvarın ilk 10 günündə dünya bazarında 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratdı".

Fins.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert sözlərinə görə, lakin Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb olub.

"Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq hələlik yüksək qiymətlər real deyil. Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da, qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır. Digər tərəfdən də, 2019-cu il üçün qlobal iqtisadiyyatda proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə, bu il neftin qiyməti yüksək olmayacaq"​

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256