SƏNAYE

Bu məktəbin tələbələri “Aqrar İnkişaf Könüllüləri” Proqramına qoşulublar
14 YANVAR
229

Bu məktəbin tələbələri “Aqrar İnkişaf Könüllüləri” Proqramına qoşulublar

2019-01-14 10:21:00

Lənkəran Peşə Liseyinin “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Baramaçılıq”, “Sitrus və çayçılıq üzrə mütəxəssis” və Lerik Peşə Məktəbinin “Arıçılıq” ixtisaslarında təhsil alan tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran, Astara və Lerik Dövlət Aqrar İnkişaf mərkəzlərində “Aqrar İnkişaf Könüllüləri” Proqramına qoşulublar. Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrar İnkişaf Könüllüləri” hərəkatının yaradılmasında məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, onların həlli yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair yaradıcı ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir. Proqram çərçivəsində peşə təhsili müəssisələrinin tələbələri kənd təsərrüfatının müxtəlif sahələri üzrə təcrübə toplayacaq, fermerlərə tövsiyələr verəcək, elektron kənd təsərrüfatı sistemini təbliğ edəcək, innovativ texnologiyalarla tanış olacaqlar. Gənclər, həmçinin kənd təsərrüfatı sahəsində qanunvericiliyi öyrənəcək və təbliğ edəcək, nazirliyin aqrar sahə ilə bağlı qərarlarını fermerlərə çatdıracaqlar. Gənclər 3 ay ərzində gündəlik dörd saatlıq iş rejimi olmaqla ixtisasyönümlü müxtəlif sahələrdə çalışacaqlar.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266