SƏNAYE

O, bölgədə sənaye məhsulları istehsalı 27,6 faiz artıb
10 YANVAR
218

O, bölgədə sənaye məhsulları istehsalı 27,6 faiz artıb

2019-01-10 14:46:00

Ağsu rayonunda 2018-ci ildə 7 milyon 529 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib. Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2017-ci ilə nisbətən 1 milyon 628 min manat və ya 27,6 faiz çoxdur.

Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar rayon olan Ağsuda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, rayonda fəaliyyət göstərən “Az Granata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu, “Qradus-40” MMC, “Alprint” MMC və digər sənaye müəssisələri öz fəaliyyətlərini ildən-ilə genişləndirirlər.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263