SƏNAYE

Salyanda neçə hektar taxıl əkilib?
10 YANVAR
158

Salyanda neçə hektar taxıl əkilib?

2019-01-10 14:23:00

Salyanda payızlıq taxıl əkini başa çatıb. Səpinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 16 min hektardan çox səpin aparıblar. Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, salyanlı taxılçılar ötən il 16 min 813 hektar taxıl sahəsindən 54 min 294 ton məhsul götürüblər. Bunun da 29 min 163 tonu buğda, 25 min 131 hektarı arpa olub. Taxıl sahələrinin hər hektarının məhsuldarlığı 32,3 sentnerə çatıb. Ötən il zəmilərdən bol məhsul götürən torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün də yaxşı təməl qoyublar. Bu məqsədlə taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunublar. Səpinə vaxtında başlayan əkinçilər qısa müddətdə 16 min 886 hektar sahəyə toxum səpiblər ki, bunun da 6 min 686 hektarı buğda, 9 min 917 hektarı isə arpadır.

 

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264