SƏNAYE

Balakəndə tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanalar hazırlanır
10 YANVAR
143

Balakəndə tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanalar hazırlanır

2019-01-10 10:12:00

Balakən rayonunda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və indiyədək 80-dən çox belə istixana yaradılıb. Növbəti mövsümdə tütün şitillərinə olan tələbatın tam şəkildə ödənilməsi üçün təsərrüfatlarda 850-dək sadə istixananın yaradılması nəzərdə tutulur. Fins.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. Cari ildə rayonda 450 hektarda “Virciniya” növlü ətirli, 85 hektarda isə digər tütün sortlarının əkilməsi planlaşdırılır.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264