SƏNAYE

Ötən ay gündəlik neft hasilatımız belə olub
09 YANVAR
102

Ötən ay gündəlik neft hasilatımız belə olub

2019-01-09 16:11:00

2018-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub. Fins.az xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub. Bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edilib ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürüb. 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256