SƏNAYE

O, bölgədə 100 hektardan çox yeni meyvə bağları salındı
09 YANVAR
227

O, bölgədə 100 hektardan çox yeni meyvə bağları salındı

2019-01-09 14:42:00

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir. 2018-ci ildə 100,9 hektarda yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 32,8 hektarda xurma, 24,3 hektarda şaftalı, 9,9 hektarda armud, 8,2 hektarda gilas, 6,9 hektarda alça, 6,4 hektarda alma, 6,2 hektarda badam və s. bağlar salınıb. 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd dekorativ bitki tingləri yetişdirilib. Ötən il rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264