SƏNAYE

Pambıqçılıqla bağlı müşavirə keçirilib
09 YANVAR
198

Pambıqçılıqla bağlı müşavirə keçirilib

2019-01-09 13:49:00

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib. Fins.az xəbər verir ki, bu barədə “Report”a nazirlikdən bildirilib.Nazirlikdən verilən məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər. Müzakirələrdə 2019-cu ildə pambıq əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, əkin zamanı texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənib.

Tədbirdə “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə toxunulub, bu sahənin kənd təsərrüfatının prioritet sahələrindən biri olduğu vurğulanıb. Yekunda bu cür müzakirələrin mütəmadi olaraq ayda bir dəfə keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264