SƏNAYE

O, bölgədənin pambıqçıları 23 min tondan çox məhsul toplayıblar
09 YANVAR
88

O, bölgədənin pambıqçıları 23 min tondan çox məhsul toplayıblar

2019-01-09 10:20:00

On min hektarda pambıq becərən ağcabədili “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Ağcabədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, tarlalardan bu günədək 23 min 211 ton pambıq toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 23,2 sentnerdir. Ağcabədili fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC-yə təhvil verilir. "P-Aqro” MMC-nin Ağcabədi filialının direktoru Süleyman Süleymanov hazırda məhsul yığımı ilə yanaşı, 2019-cu ilin pambıq əkinləri üçün hazırlıq işlərinin də aparıldığını bildirib: “2018-ci ildə 376 fermerlə müqavilə əsasında 1083 hektarda pambıq becərmişdik. Bütün aqrotexniki qaydalara əməl edərək tarlalardan 2138,79 ton məhsul götürmüşük. Hazırda pambıq yığımı başa çatmaq üzrədir. Eyni zamanda, 2019-cu ilin məhsulu üçün fermerlərlə müqavilə bağlanır, pambıq əkiləcək sahələrdə qış şumu aparılır". 2018-ci ildə becərdiyi pambıq tarlasından yüksək məhsul götürən Pərioğullar kənd sakini Raqub Qasımov qazancından razılığını ifadə edib: "33 hektar sahədə pambıq becərmişdik. Düzgün aqrotexniki xidmət sayəsində bol məhsul əldə etdik. 116 ton pambıq yığmışıq ki, bu da hər hektardan 35 sentnerdən çox məhsuldarlıq deməkdir. Məhsuldarlıq yüksək olduğu üçün qazancımız da yaxşıdır. 2019-cu ilin pambıq əkini üçün artıq müqavilə bağlamışam. Əminəm ki, yenə yüksək məhsuldarlığa nail olacağam. Fermerlərə də pambıq bitkisini becərməyi tövsiyə edirəm".

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256