SƏNAYE

Bu gün bu ərazilərdə işıq sönəcək
09 YANVAR
208

Bu gün bu ərazilərdə işıq sönəcək

2019-01-09 09:51:00

Bu gün saat 10:00-dan 14:30-a qədər Abşeron rayonunun Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Fins.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, fasilə Bağlar Enerji Təchizati və Satiş İdarəsində (ETSİ) 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada aparılan təmir işləri ilə əlaqədardır.

"Azərişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.

Qeyd edək ki, Abşeron rayonunda elektrik enerjisi təchizatı ilə bağlı problemlər mütəmadi yaranır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264