SƏNAYE

Bu rayonda yeni fındıq bağları salınıb
09 YANVAR
143

Bu rayonda yeni fındıq bağları salınıb

2019-01-09 09:42:00

Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Oğuz rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, ötən ilin yaz və payız mövsümlərində rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 322 hektar yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 3 min 695,5 hektara çatdırılıb. Bu bağların 1 min 703 hektarı son üç ildə salınıb. Fins.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib. Qurumun rəsmisi bildirib ki, ötən il rayonun fındıq bağlarından 1 min 106,3 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264