SƏNAYE

Bu rayonda 11 hektar sahədə toxumluq taxıl əkilib
08 YANVAR
171

Bu rayonda 11 hektar sahədə toxumluq taxıl əkilib

2019-01-08 15:40:00

Salyanın Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Dövlət Sort-Sınaq Məntəqəsinin əkin sahəsinin 11 hektarında sınaq məqsədilə 35 növ toxumluq taxıl sortu əkilib. Fins.az xəbər verir ki, əkilmiş sahənin 5 hektarını buğda, 6 hektarını isə arpa təşkil edir. Dövlət Sort-Sınaq Məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, əkin zamanı daha çox rayonlaşdırılmış “Qarabağ-33”, “Cəlilabad-19”, “Fatimə”, “Xəzri”, “Gilavar”, “Leyla” və “Nuranə” kimi yerli sortlara üstünlük verilir. Bununla yanaşı, sınaqdan çıxarmaq üçün bu il xaricdən əlavə olaraq daha 5 sort taxıl gətirilərək əkilib.

Qeyd edək ki, rayonlaşdırılmış toxumların məhsuldarlığı 50-60 sentner arasında olur.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262