SƏNAYE

Kürdəmirdə kartof əkini artırılacaq?
08 YANVAR
187

Kürdəmirdə kartof əkini artırılacaq?

2019-01-08 12:13:00

Kürdəmir rayonunda cari mövsümdə 1100 hektardan çox sahədə yazlıq kartof əkiləcəyi gözlənilir və bunun üçün hazırlıq işləri aparılır. Fins.az xəbər verir ki, rayon icra hakimiyətindən bildirilib ki, artıq kartof əkiləcək ərazilərdə dondurma şumu başa çatdırılıb, kifayət qədər toxum tədarük olunub.

Qeyd edək ki, bazarlarda ilboyu kartofa olan ciddi tələbat rayonda təsərrüfatın bu sahəsinə marağı artırır. Təsadüfi deyil ki, əkin sahəsi də ildən-ilə genişlənir. Ötən il sahibkarlar 910 hektardan 15 min 842 ton məhsul istehsal etmişdilər. Qarşıdakı mövsümdə əkin sahələrinin 200 hektaradək artacağı proqnozlaşdırılır. Daha çox kartof əkilən Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində əkinə hazırlıq işləri daha mütəşəkkil aparılır. Torpaq mülkiyyətçiləri hazırda sahələrə üzvi gübrə verirlər.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272