SƏNAYE

O, bölgədə daha çox payızlıq taxıl əkilib
07 YANVAR
82

O, bölgədə daha çox payızlıq taxıl əkilib

2019-01-07 12:10:00

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi bu sahəyə marağı artırır. indi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır. Fins.az Rayon Statistika İdarəsindən bildiriblər ki, ötən il 15 min 992 hektar taxıl sahəsindən 68 min 371 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpinə vaxtında başlayıblar. Fermerlər qısa müddətdə 18 min 937 hektar sahəyə toxum səpərək payızlıq taxıl əkinini başa çatdırıblar. Əkin sahəsi ötən ildəkindən 2 min 145 hektar çoxdur. Səpin aparılmış sahənin 6 min 222 hektarını arpa, 12 min 715 hektarını isə buğda sahəsi təşkil edir. Əkinçilər, həmçinin 53 hektarda yaşıl yem üçün xəsil və 111 hektarda yonca əkiblər.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256