SƏNAYE

O, rayonda 28 min 956 ton şəkər çuğunduru yığılıb
05 YANVAR
205

O, rayonda 28 min 956 ton şəkər çuğunduru yığılıb

2019-01-05 11:24:00

Ötən il 884,4 hektar sahədə şəkər çuğunduru becərən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri 28 min 956 ton məhsul əldə ediblər. Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildiriblər ki, hər hektardan orta məhsuldarlıq 327,4 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib. 

Qeyd edək ki, şəkər çuğunduru Ağcabədi rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264