SƏNAYE

Şist neft və qaz hasilatının templəri gözləntiləri qarşılamır - ARAŞDIRMA
06 YANVAR
231

Şist neft və qaz hasilatının templəri gözləntiləri qarşılamır - ARAŞDIRMA

2019-01-06 12:18:00

ABŞ-ın ən iri şirkətləri öz proqnozlarında investorlara söz verdiklərindən kifayət qədər az şist neft və qaz hasil edirlər ki, bu da karbohidrogen ehtiyatlarının frekinq üsulu ilə mənimsənilməsinin rentabelliyini şübhə altına alır.

Fins.az xəbər verir ki, bunu "The Wall Street Journal"ın Texas və Şimali Dakota ştatlarının ərazisində hasilat hayata keçirən 29 iri şirkətin 16 min quyusunun məhsuldarlığının təhlili göstərib.

Ekspertlər bu şirkətlər tərəfindən 2014-2017-ci illər ərazində şist neft və qaz hasilatına dair hazırlanan proqnozların dörddə üç hissəsinin həddindən artıq optimist olduğu qənaətinə gəliblər.

Reallıqda bu şirkətlər toplam olaraq frikinq üsulu ilə proqnozlaşdırılandan təxminən 10% az qaz və neft hasil edirlər. Bəzi hasilatçılar isə bir sıra yataqlarda öz proqnozlarından 50% geri qalırlar. Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264