SƏNAYE

AÇG sazişi üzrə növbəti bonus yanvarın sonunda ödəniləcək
06 YANVAR
126

AÇG sazişi üzrə növbəti bonus yanvarın sonunda ödəniləcək

2019-01-06 10:00:00

2019-cu ildə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən bonus ödənişlərinin 450,1 mln. ABŞ dolları və ya 765,17 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də deyilir.

Bu il ödənilməsi planlaşdırılan bonus ödənişlərinin məbləği manat ifadəsilə 2017-ci ilin müvafiq icra göstəricisindən 762,77 mln.manat, 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricilərinə bərabərdir.

Belə ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Bildirilib ki, bonus məbləğinin 2-ci hissəsi - 450 mln. ABŞ dolları və ya 765 000 min manat 31 yanvar 2019-cu il tarixində ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2019-cu il üzrə “Şahdəniz” yatağında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” fazası üzrə 0,1 mln. ABŞ dolları və ya 170,0 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256