SƏNAYE

2019-cu ildə Neft Fonduna 7,734 mlrd. dollar daxil olması gözlənilir
07 YANVAR
373

2019-cu ildə Neft Fonduna 7,734 mlrd. dollar daxil olması gözlənilir

2019-01-07 09:13:00

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı üzrə hasilatdan Azərbaycanın payına düşən mənfəət nefti və qazının satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 7,734 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olması gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də deyilir.

Bu məbləğin 6,790 mlrd. dollarının AÇG üzrə mənfəət neftinin, 944 mln. dollarının isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunacağı gözlənilir.

Hasilatın Pay Bölgüsü (PSA) sazişlərinə əsasən, istismar olunan digər yataqlar üzrə Fonda daxilolmaların həcmi üzrə proqnoz aşağıdakı kimi müəyyənləşib:

- “Kürsəngi-Qarabağlı” yataqları üzrə 2,38 mln. dollar;

- “Suraxanı-Qaraçuxur” yataqları üzrə 5,70 mln. dollar;

- “Zığ-Hövsan” yataqları üzrə 2,99 mln. dollar;

- “Muradxanlı-Cəfərli-Zərdab” yataqları üzrə 0,02 mln. dollar;

- “Neftçala-Xıllı” yataqları üzrə 1,43 mln. dollar;

- “Mişovdağ-Kəlaməddin” yataqları üzrə 3,69 mln. dollar;

- “Kürovdağ” yatağı üzrə 7,04 mln. dollar;

- “Balaxan-Sabunçu-Ramana və Kürdəxanı” yataqları üzrə 9,54 mln. dollar;

- “Binəqədi” blokuna daxil olan yataqlar üzrə 8,69 mln. dollar;

- “Qum-Dəniz” və “Bahar” yataqları üzrə 0,26 mln. dollar.

Beləliklə, 2019-cu ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 7 775,7 mln. ABŞ dolları və ya 13 218 752,6 min manat olması proqnozlaşdırılır. Bu da manat ifadəsilə 2017-ci ilin müvafiq icra göstəricisindən 2 188,8 mln. manat və ya 19,8% çox, 2018-ci ilin proqnoz göstəricisindən 88,7 mln. manat və ya 0,7% az, gözlənilən icra göstəricisindən isə 3 668,1 mln. manat və ya 21,7% azdır.

Rəydə bildirilib ki, 2018-ci ilin proqnozuna nisbətən azalmanın səbəbi kimi, bir tərəfdən hasilatın 2018-ci ilə nisbətən aşağı düşməsi, digər tərəfdən dürüstləşdirmə çərçivəsində Fondun 2018-ci il üçün büdcəsində müvafiq gəlir maddəsinə edilmiş dəyişikliklər çərçivəsində 2018-ci ilin müvafiq dövr üzrə faktiki göstəricilərinin və 2018-ci ilin qalıq 5 ayı üzrə orta çəkili satış qiymətinin 55 ABŞ dolları təşkil etməsi göstərilir. 2018-ci ilin gözlənilən icrasına nisbətən azalmanın səbəbi kimi isə 2018-ci ildə xam neftin qiymətinin 1 barelinin orta satış qiymətinin 2019-cu il büdcə layihəsində nəzərdə tutulandan (60 dollar) yüksək olması ilə izah oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264