SƏNAYE

Fermerlərə bu qədər subsidiya verilib
04 YANVAR
188

Fermerlərə bu qədər subsidiya verilib

2019-01-04 17:11:00

Yenicə yola saldığımız 2018-ci ildə İsmayıllı rayonunda heyvan sahiblərindən 1246 nəfərinə süni mayalama yolu ilə alınmış 1681 baş cins buzova görə 168 min 100 manat subsidiya verilib. Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cins buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.

Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264