SƏNAYE

Neft Fonduna daxil olacaq vəsait açıqlanıb
05 YANVAR
164

Neft Fonduna daxil olacaq vəsait açıqlanıb

2019-01-05 14:06:00

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 11,2 mln. ABŞ dolları və ya 19,04 mln. manat həcmində proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də deyilir.

Qeyd edilib ki, bu da manat ifadəsilə 2017-ci ilin müvafiq icra göstəricisindən 1,13 mln. manat və ya 6,3% çox, 2018-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən 1,67 mln. manat və ya 9,6% çoxdur. 2019-cu ildə tranzit haqqı üzrə gəlirlərin artması novbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256