SƏNAYE

SOCAR təlim kursları təşkil edəcək
05 YANVAR
277

SOCAR təlim kursları təşkil edəcək

2019-01-05 11:03:00
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) 2019-cu il üzrə ixtisaslı fəhlə kadrların hazırlanması, eləcə də mühəndis-texniki işçilər üçün 500-ə yaxın peşə üzrə təlim və kursların təşkilini nəzərdə tutur.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkələrdəki səhifəsində qeyd edilib.

Bildirilib ki, son 14 il ərzində İdarənin Təlim Mərkəzlərini 106 min nəfər bitirib.

Qeyd edək ki, TTSİ neft sənayesi və ölkənin digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili və digər işləri həyata keçirir. İdarə SOCAR prezidenti Rövnəq Abdullayevin əmri ilə 2011-ci ildə yaradılıb. İdarənin tərkibində 5 mərkəz - Kadr hazırlığının təşkili Mərkəzi, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və “Qala” Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir.

TTSİ 100 mininci sertifikatı bu ilin may ayında təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264