SƏNAYE

Bu il Azərbaycanın qurudakı yataqlarından bu qədər neft hasil olunacaq - PROQNOZ
04 YANVAR
220

Bu il Azərbaycanın qurudakı yataqlarından bu qədər neft hasil olunacaq - PROQNOZ

2019-01-04 17:00:00

Bu il Azərbaycanın quruda yerləşən yataqlarından 7,399 mln. barel neft hasilatı nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də qeyd edilib.

Bu isə 2018-ci ilin proqnoz göstəricisindən 3,86% azdır.

Qurudakı yataqlardan ən çox hasilatın “Balaxanı” yatağından olacağı proqnozlaşdırılır. Belə ki, 2019-cu ildə bu yataqdan 1,590 mln. barel neft hasilatı nəzərdə tutulub. 2017-ci ildə yataqdan hasilat 1,7 mln. barel, 2018-ci ilin proqnozunda isə 1,78 mln. barel təşkil edib.

Bu il “Zığ-Hövsan Abşeron” yatağında 0,546 mln. barel, “Karasu” yatağında 0,714 mln. barel, “Suraxanı” yatağında 1,190 mln. barel neft hasilatı nəzərdə tutulur. Bu yataqlarda 2019-cu il üzrə proqnoz 2018-ci ilin proqnozu ilə eynidir.

2019-cu ildə “Binəqədi”, “Şirvan”, “Kürsəngi-Qarabağlı” yataqlarında hasilatın azalacağı proqnozlaşdırılır. “Binəqədi” yatağında bu il 0,946mln. barel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 2,87% azdır. “Şirvan” yatağında hasilatın həcminin 1,017 mln. barel olacağı gözlənilir, bu isə ötən ilin proqnozundan 0,59% azdır. “Kürsəngi-Qarabağlı” yataqlar blokunda isə hasilatın 7% azalaraq 1,039 mln. barel olacağı nəzərdə tutulub.

Bu il “Neftçala” yatağı və “Muradxanı-Cəfərli-Zərdab” blokunda hasilatın artacağı proqnozlaşdırılır. Belə ki, “Neftçala” yatağında 0,235 mln. barel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozundan 1,7% çoxdur. “Muradxanı-Cəfərli-Zərdab” blokunda isə hasilatın 1,67% artaraq 0,122 mln. barel olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272