SƏNAYE

Bir ildə süni mayalanmadan nə qədər cins buzov alınıb?
04 YANVAR
416

Bir ildə süni mayalanmadan nə qədər cins buzov alınıb?

2019-01-04 10:31:00

Bərdə rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə davam etdirilib. Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2018-ci ildə 7838 baş inək və düyə süni yolla mayalandırılıb, 4570 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis” və "Şarole" cinslərindən olan buğaların toxumları istifadə edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027