SƏNAYE

İl ərzində bu qədər qızıl gümüş hasil edilib
27 DEKABR 2018
202

İl ərzində bu qədər qızıl gümüş hasil edilib

2018-12-27 17:14:00

"AzerGold" QSC-nin inzibati binasında Cəmiyyətin rəhbər və işçi heyətinin iştirakı ilə hasilatla bağlı geniş təqdimat keçirilib. Fins.az xəbər verir ki, QSC-nin mətbuat xidmətindən bildiriblər ki, təqdimat çərçivəsində Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin Geologiya və dağ-mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin filiz emal etmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30 faiz azaldılaraq hasilatda keçən ilə nisbətən 33 faiz artıma nail olunub. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.

Daha sonra tədbir hasilat işlərinin daha da optimallaşdırılması, Çovdar yatağının istismar müddətinin uzadılması, Tülallar və Ağyoxuş qızıl təzahürləri sahələrində aparılan işlər, 2019 və 2020-ci illər üzrə istehsalat proqnozları ətrafında geniş müzakirələrlə davam edib.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266