SƏNAYE

Şamaxıda neçə hektar taxıl əkilib?
27 DEKABR 2018
193

Şamaxıda neçə hektar taxıl əkilib?

2018-12-27 16:36:00

Şamaxı taxılçıları payızlıq əkin kampaniyasını başa çatdırıblar. Gələn ilin məhsulu üçün 37 min 639,3 hektarda səpin aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, əkin aparılan sahələrin 26 min 148,3 hektarı buğda, qalanı isə arpadır. Son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, əksər ərazilərdə, o cümlədən “Aqro Dairy operations” MMC-nin aqroparkında, Qızmeydan, Göylər, Çarhan kənd, Sabir və Şəhriyar qəsəbə ərazi dairələrində bu mühüm kampaniya mütəşəkkil başa çatıb.

Daha tez səpin keçirilən ərazilərdə normal çıxış alınıb. Hazırda hər yerdə müşahidələr aparılır, zərərvericilərin erkən aşkarlanaraq məhv edilməsi üçün tədbirlər görülür.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264