SƏNAYE

Onlar 29 min 928 ton şəkər çuğunduru istehsal edilib
27 DEKABR 2018
229

Onlar 29 min 928 ton şəkər çuğunduru istehsal edilib

2018-12-27 16:20:00

Bu il 859 hektar sahədə şəkər çuğunduru becərən Tərtər rayonunun torpaq mülkiyyətçiləri məhsul yığımını başa çatdırıblar. Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildiriblər ki, sahələrdən 29 min 928 ton çuğundur yığılıb. Hər hektardan orta məhsuldarlıq 348,4 sentner təşkil edir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.

Qeyd edək ki, şəkər çuğunduru Tərtər rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266