SƏNAYE

Azərbaycanda ən çox məhsul ixrac edən dövlət və özəl şirkətlər - REYTİNQ
27 DEKABR 2018
310

Azərbaycanda ən çox məhsul ixrac edən dövlət və özəl şirkətlər - REYTİNQ

2018-12-27 16:03:00

Cari ilin 11 ayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi müəyyən olunub.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında qeyd olunub.

Cari ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC,“Sun Food” MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "TST Export" MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Det-al Alüminium" MMC, "Azərenerji"ATSC, "SOCAR Methanol" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265