SƏNAYE

O, bölgə taxıl səpinini bitridi
27 DEKABR 2018
186

O, bölgə taxıl səpinini bitridi

2018-12-27 14:47:00

Göyçay rayonunda payızlıq taxıl səpini kampaniyası yekunlaşıb. Taxılçılar 15 min 591 hektarda əkin aparıblar. Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, 8740 hektarda buğda, 6851 hektarda arpa əkilib. Taxıl əkini sahələri ötən ildəkindən 852 hektar çoxdur. Əksər ərazilərdə, o cümlədən Alpout, Qaraməryəm, Bığır, Şəkər, Çaxırlı, İnçə, Yeniarx və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil keçib.

Qeyd edək ki, erkən əkin aparılan bütün ərazilərdə yaxşı çıxış alınıb. Fermerlər və fiziki şəxslər mütəxəssislərin nəzarəti altında sahələrdə müşahidələr aparır, zərərvericilərə qarşı profilaktik tədbirlər görürlər.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266