SƏNAYE

Bakıda dizel və benzin istehsalı artıb
27 DEKABR 2018
197

Bakıda dizel və benzin istehsalı artıb

2018-12-27 11:58:00

Cari ilin on bir ayında Bakıda dizel və benzin istehsalı çoxalıb. Fins.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 825,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2 faiz artıb. Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 60,7 faiz, avtomobil benzininin istehsalı 2,7 faiz azalıb. Ağ neftin istehsalı 2,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin 8,2 faiz, dizel yanacağının 2,1 faiz, sürtkü yağlarının 4,5 dəfə, neft bitumunun 30,7 faiz, neft koksunun istehsalı isə 13 faiz çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265