SƏNAYE

Bu rayonda taxıl səpini yekunlaşıb
27 DEKABR 2018
152

Bu rayonda taxıl səpini yekunlaşıb

2018-12-27 10:46:00

İsmayıllı rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb və 29 min 443 hektar sahədə əkin aparılıb. Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, əkin aparılan sahələr ötən ildəki göstəricidən 600 hektaradək çoxdur. Son illər əldə olunan yaxşı məhsuldarlığı qorumaq üçün yüksək reproduksiyalı toxumlardan və səpinlə birlikdə fosforlu gübrələrdən istifadə edilib. Keçən il rayon üzrə orta məhsuldarlıq 36 sentnerə, bəzi təsərrüfatlarda isə 55-60 sentnerə çatmışdı.

Payızlıq səpində kollektiv təsərrüfat olan Nikitin adına kolxozun, Qubaxəlilli ərazi icra nümayəndələrinin taxılçıları fərqləniblər. Belə ki, Nikitin adına kolxoz ötən illə müqayisədə 200 hektar çox, yəni 3205 hektarda, Qubaxəlilli ərazi icra nümayəndəliyində isə 100 hektar çox, yəni 4150 hektarda əkin aparılıb. Qalagah, Soltankənd, Hacıhətəmli və Tircan ərazi nümayəndəliklərində də taxıl səpini müvəffəqiyyətlə keçib.

Erkən səpin aparılan bütün ərazilərdə normal çıxış alınıb. Hazırda zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264