SƏNAYE

Azərbaycanın Türkiyədəki şirkətində kadr DƏYİŞİKLİYİ
26 DEKABR 2018
222

Azərbaycanın Türkiyədəki şirkətində kadr DƏYİŞİKLİYİ

2018-12-26 15:47:00

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in baş direktor müavini vəzifəsində dəyişiklik edilir. Fins.az xəbər verir ki, bu barədə şirkətin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) yaydığı məlumata əsasən xəbər verir. Məlumata görə, şirkətin istehsal üzrə baş direktor müavini Nihad Gürbüz gələn il yanvarın 1-dən bu vəzifədən ayrılacaq, həmin vəzifəyə hazırda Aromatiklər, Qlikol və Akril istehsalı üzrə direktor vəzifəsini icra edən Ali Semih Şansal təyin olunub. O, yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

N.Gürbüz isə həmin tarixdən baş direktorun texniki məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264