SƏNAYE

Onlara 7 milyon 738 min manat subsidiya verildi
25 DEKABR 2018
142

Onlara 7 milyon 738 min manat subsidiya verildi

2018-12-25 16:46:00

Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətindən Fins.az-a bildiriblər ki, bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb. Ekspert Şurasının qərarı ilə 229 nəfər taxıl toxumu (buğda, arpa) istehsalçısına 6 milyon 568 min 207 manat, 18 nəfər kartof toxumu istehsalçısına 694 min 277 manat, 22 nəfər yonca toxumu istehsalçısına 182 min 208 manat, 17 nəfər meyvə tingi istehsalçısına 97 min 200 manat, 8 nəfər qarğıdalı toxumu istehsalçısına 64 min manat, 8 nəfər noxud toxumu istehsalçısına 16 min manat, 5 nəfər çay tingi istehsalçısına 57 min 528 manat, 4 nəfər tərəvəz toxumu istehsalçısına 25 min 315 manat, 5 nəfər pambıq toxumu istehsalçısına 21 min 848 manat, 2 nəfər üzüm tingi istehsalçısına 12 min 240 manat olmaqla, ümumilikdə, 7 milyon 738 min 825 manat vəsait ödənilib. 

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Subsidiyalar barədə ətraflı məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264