SƏNAYE

Fermerlərə daha bir ŞAD XƏBƏR
25 DEKABR 2018
268

Fermerlərə daha bir ŞAD XƏBƏR

2018-12-25 15:11:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev ölkədəki bankların rəhbərləri ilə görüşüb. Fins.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, görüşdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bank təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları ilə tanış edib. Mirzə Əliyev bildirib ki, yeni qaydalar həm fermerlər, həm təchizatçılar, həm də banklar üçün bir sıra üstünlüklərə malikdir. “Kreditlərin məbləğindəki yeni bölgülər fermerlərin tələblərinə və imkanlarına uyğunlaşdırılıb. Xüsusilə, mikrokreditlərin və kiçikhəcmli kreditlərin məbləği kiçik fermerlər üçün kreditlərin əlçatan olmasını təmin edir. Məsələn, əvvəlki qaydalarda mikrokreditlərin həddi 1000 manatadək idi və bu, ən kiçik işə başlamaq istəyən fermerə kifayət etmirdi. Hazırda bu məbləğ 5000 manatadək artırılıb. Eyni fikri məbləği 20 min manatdan 30 min manata artırılmış kiçikhəcmli kreditlər barədə də demək olar”, – deyə Agentlik sədri bildirib. Yeni qaydaların iri istehsalçılar üçün də əlverişli şərtlər təklif etdiyini diqqətə çatdıran Mirzə Əliyev AKİA-nın vəsaiti hesabına kənd təsərrüfatı texnikası alınması məqsədilə 1 milyon manatadək kredit verilməsi imkanının yarandığını əlavə edib. Agentlik sədri kənd təsərrüfatı texnikalarının lizinqə götürülmə qaydalarında da üstünlüklər yarandığını bildirib. “İndi fermerlər istədikləri istehsalçı və satıcıdan texnika ala biləcəklər”, – deyə Mirzə Əliyev vurğulayıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272