SƏNAYE

SOCAR-ın “Bulla-dəniz” yatağında yeni özülü (VİDEO)
25 DEKABR 2018
398

SOCAR-ın “Bulla-dəniz” yatağında yeni özülü (VİDEO)

2018-12-25 10:04:00

SOCAR “Bulla-dəniz” yatağında yeni dəniz özülünü istismara verib. Özül tam olaraq SOCAR-ın imkanları ilə inşa edilib

Yeni dəniz özülünün inşasına 2017-ci ildə şirkətin daxili imkanları ilə başlanılıb. Bu özül “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.
1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 12 metrdir. 

Özülün istismara verilməsi ilə bağlı mərasimdə SOCAR prezidentı Rövnəq Abdullayev və digər rəhbər şəxslər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027