SƏNAYE

O, tingdən Cəlilabadda da əkdilər
25 DEKABR 2018
155

O, tingdən Cəlilabadda da əkdilər

2018-12-25 09:55:00

Cəlilabad rayonunda baramaçılığı inkişaf etdirmək məqsədilə ötən il Çin Xalq Respublikasından gətirilmiş 15 min ədəd, bu il isə 5 min ədəd tut tingi əkilib. Fins.az xəbər verir ki, yaş barama qəbulu məntəqələrində qiymətlərin qənaətbəxş olması rayonda bu ənənəvi təsərrüfat sahəsinin inkişafına marağı artırıb. Cəlilabadlı kümçülər 2019-cu ildə 3 tondan çox yaş barama istehsal etməyi planlaşdırırlar.

Qeyd edək ki, ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramında 2025-ci ilədək yaş barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264