SƏNAYE

Aqrobiznesə muasir yanaşma necə olmalıdır?
24 DEKABR 2018
103

Aqrobiznesə muasir yanaşma necə olmalıdır?

2018-12-24 15:50:00

Aqrar sahənin və onun əsas seqmentlərindən olan aqrobiznesin inkişafı üçün son beş ildə ölkədə islahatlar aparılır. Görulən işlərin məntiqi davamı olaraq bu gun aqrar sektorda yeni çağırışları muşahidə edirik. Nəzərəçarpan dəyişikliklərdən biri də bu sektorda günün tələbinə uyğun xidmət mühitinin qurulmasıdır. 

Prezidentin bir neçə gün əvvəl imzaladığı fərmana əsasən, “Aqrolizinq”  ASC-nin  fəaliyyətinin məhdudlaşdırılması və yükünün paylanaraq tarazlaşdırılması tapşırığı buna bariz numunələrdəndir. Bu günə qədər aqrar sektordakı bütün aqroservis yükü bu cəmiyyətin uzərinə duşurdu. Axı bir qurum bütöv bir ölkənin aqroservis ehtiyacını necə effektiv qarşılaya bilərdi? Dəyişikliklər  bazara aqroservis xidmətləri təklif edən irili-xırdalı yeni şirkət və müəssisələrin axınına zəmin yaradacaq. Burada yeni tələblərə uyğun profilli şirkətlərin yaranması və formalaşması,  eyni zamanda bu tələbləri qarşılaya biləcək kadr kontingentinin formalaşması məsələsi gündəmə gəlir. Məsələnin başqa bir tərəfi isə maliyyələşmə və gəlirlilik məsələsidir. Yeni yaradılacaq şirkətlər necə maliyyələşəcək və göstərdikləri  xidmətlər  dəyər şəklində geri dönuşu necə baş verəcək? Əlbəttə, hər bir şirkət və onun kadr ehtiyatı göstərdiyi xidmət muqabilində xidmət haqqının uyğun zamanda və tam həcmdə ödənilməsində maraqlıdır. Bəhs etdiyimiz aqrar sahə isə ciddi  risklərlə muşahidə olunan sahə olduğundan, fikrimcə, xidmətlərin maliyyələşməsi və dəyər zəncirinə effektiv töhfə verməsi üçün burada spesifik maliyyə mexanizmləri, həmçinin spesifik sığorta sistemi işlənib hazırlanmalı və tətbiq edilməlidir. Bunun üçün isə ilk novbədə, ölkədə aqrar menecerlər ordusu  formalaşdırılmalıdır. Ölkədəki aqrar menecer qıtlığı muxtəlif üsüllarla aradan qalxa bilər. Bu üsüllar hələ ölkədə aqrar sahə elə də güclü inkişaf etmədiyi vaxtlarda Dövlət Aqrar Universitetində menecment təhsili almış və sonra tam başqa sahələrə yönəlmiş şəxslər yenidən bu sahəyə istiqamətləndirilməsi, bu ixtisasda təhsil alanların gələcəkdə aqrar sektorda işləməyə təşviq edilməsi, habelə iqtisadiyyatın digər sektorlarında işləyən uğurlu menecerlərin aqrar sahəyə məqsədyönlu şəkildə dəvət edilməsi ilə ola bilər. Menecerlərin effektiv fəaliyyəti bu sahədə real tələbata uyğun ixtisaslı kadr məsələsinin həllinə də əhəmiyyətli töhfə verəcəkdir. Fikrimcə, bütün bu işləri etmək üçün mümkün təşviq və təbliğat məsələlərindən istifadə olunmalıdır.

Anar Nəzərov, “E-Aqropolis” layihəsinin müəllifi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256