SƏNAYE

Bu ərazilər Pirsaat su anbarı vasitəsilə suvarılır
24 DEKABR 2018
201

Bu ərazilər Pirsaat su anbarı vasitəsilə suvarılır

2018-12-24 13:30:00

Pirsaat su anbarı 1964-cü ildə Hacıqabul rayonunda Pirsaat çayı üzərində tikilib. Hidroqurğu 2003-2010-cu illərdə yenidən qurularaq daha da genişləndirilib. Fins.az xəbər verir ki, anbarın ümumi həcmi 17, faydalı həcmi isə 12 milyon kub metrdir. Su anbarı Pirsaat çayı və digər dağ çayları ilə yanaşı həm də yağış suları hesabına dolur. Anbarın suyu iki kanal vasitəsilə rayonun Pirsaat, Nəvahi qəsəbələrinin, Rəncbər, Qubalıbaloğlan və Atbulaq kəndlərinin əhatə etdiyi ərazilərə axıdılır və 5,5 min hektar əkin sahəsi suvarılır. Rayon suvarma sistemləri idarəsinin rəisi İbrahim İbrahimov bildirib ki, su anbarı əsasən Pirsaat çayı və yağış suları vasitəsilə dolur. Yaz ayları yağmursuz və isti keçən illərdə çayların suyu quruduğundan anbarı su ilə doldurmaq mümkün olmur. Bu səbəbdən də əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranır. Əgər Kür çayından anbara su xətti çəkilib nasoslar vasitəsilə ora su vurulsa bu çətinlik birdəfəlik aradan qaldırılar. Bu məsələ ilə bağlı rayon rəhbərliyi və aidiyyəti qurumlar bizim qarşımıza tapşırıq qoyublar. Ümidvarıq ki, bu problem yaxın zamanlarda müsbət həllini tapacaq.

Hidroqurğu, həmçinin Pirsaat çayını tənzimləyir. İllik yağıntıların normadan artıq olduğu zaman ətraf kəndlər, o cümlədən də rayon mərkəzi bu qurğu vasitəsilə sel sularından və daşqınlardan mühafizə olunur.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267