SƏNAYE

Kivi yığımına nə vaxt başlanılacaq?
24 DEKABR 2018
114

Kivi yığımına nə vaxt başlanılacaq?

2018-12-24 12:50:00

Kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır. Fins.az  xəbər verir ki, bir neçə gündür Astaranın kivi bağlarında məhsul yığımına başlanılıb.

Fermerlər və məhsul istehsalçıları tələbatın və qiymətin aşağı olması səbəbindən yetişdirdikləri məhsulu bütünlüklə bazara çıxarmağa tələsmirlər. Qiymətlərə gəldikdə isə, ötən ildən fərqli olaraq bu il bir kiloqram kivi meyvəsi 0,50-1 manat arası dəyişir. İnsan orqanizmə faydalı olan kivinin tərkibində olan C vitamini miqdarına görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyiqi normallaşdırır. Rayonda kivi yığımı fevral-mart aylarına qədər davam edəcək.

Qeyd edək ki, Astara rayonunda 100 hektara yaxın məhsuldar kivi bağları var.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256