SƏNAYE

Azərbaycanda istehsal olunan metal məmulatlarından yeni xəbər
24 DEKABR 2018
83

Azərbaycanda istehsal olunan metal məmulatlarından yeni xəbər

2018-12-24 09:33:00

Cari ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 661,5 milyon manatlıq məhsul istehsal olunub. Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metallurgiya sənayesində 16,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 24,9 faiz azalma müşahidə olunub. Həmin müddət ərzində sahə üzrə 280,1 min ton (28,9 faiz çox) armatur, 698,7 ton (8,1 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1326,3 ton (9,8 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257