SƏNAYE

Hacıqabulda bu günədək nə qədər taxıl əkilib?
21 DEKABR 2018
223

Hacıqabulda bu günədək nə qədər taxıl əkilib?

2018-12-21 14:45:00

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Nəticədə rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir. Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, əkinçilər cari ildə 41 min 500 hektar sahədə biçin aparıb və zəmilərdən 107 min 500 ton taxıl yığıblar. Hər hektarın məhsuldarlığı 23 sentner olub. Növbəti təsərrüfat ilində daha yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Taxıl səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb və gübrə verilib. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək qısa müddətdə 34 min 933 hektar sahədə səpin aparıblar ki, bunun da 23 min 925 hektarı buğda, 11 min 8 hektarını arpa sahələri təşkil edib. İşin yaxşı təşkili nəticəsində əkinçilər hər gün 450-500 hektar sahəyə toxum səpirlər. Taxılçılar bundan sonra daha 1000 hektar sahəyə toxum səpmək niyyətindədirlər.

Qeyd edək ki, hacıqabullu əkinçilər, həmçinin 321 hektarda yaşıl yem üçün xəsil və 353 hektarda payızlıq yonca əkini də aparıblar.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269