SƏNAYE

Masallıda növbəti ilin epizootik tədbirlərinə başlanılacaq
20 DEKABR 2018
138

Masallıda növbəti ilin epizootik tədbirlərinə başlanılacaq

2018-12-20 15:03:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Fins.az xəbər verir ki, Dövlət Baytarlıq Xidmətindən bildiriblər ki, cari ilin müvafiq dövründə Masallı Rayon Baytarlıq İdarəsi 74022 baş iribuynuzlu, 94748 baş xırdabuynuzlu, 14121 baş cavan iribuynuzlu, 653 baş təkdırnaqlı heyvanda qarayaraya, 73610 baş iribuynuzlu heyvanda nodulyar dermatitə, 72821 baş xırdabuynuzlu heyvanda çiçəyə, 123891 baş iribuynuzlu heyvanda, 48022 baş xırdabuynuzlu heyvanda dabağa, 6862 baş iribuynuzlu, 2080 baş xırdabuynuzlu heyvanda leptospirozə, 11361 baş iribuynuzlu, 15350 baş xırdabuynuzlu heyvanda bruselyoza, 2712 baş itdə quduzluğa, eləcə də 498630 baş ev quşunda nyukasl xəstəliyinə qarşı “H” vaksini, 504050 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövründə quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri görülüb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkarlanmayıb.

Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar Masallıda İlkin Şükürova məxsus təsərrüfata baxış keçirilib, sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra 1500 kvadratmetr sahədə dezinfeksiya və dezinzeksiya tədbirləri icra edilib.

Qeyd edək ki, car ilin müvafiq dövründə Masallı rayonunda 91230 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Masallı Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri də həyata keçirirlər.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədilə hazırlıq işlərinə start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264