SƏNAYE

Bu rayonumuzda 163 ədəd yeni subartezian quyusu qazılıb
20 DEKABR 2018
207

Bu rayonumuzda 163 ədəd yeni subartezian quyusu qazılıb

2018-12-20 14:50:00

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Fins.az xəbər verir ki, Ağdam Mexaniki Suvarma İdarəsindən bildiriblər ki, rayonun 35,4 min hektar əkin sahəsi 843 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Son 10 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 163 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən, rayonun 11 yaşayış məntəqəsində 17 subartezian quyusunun qazılması başa çatdırılıb. Dövlətimizin başçısının “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” noyabrın 5-də imzaladığı digər Sərəncama əsasən isə daha 35 subartezian quyusunun qazılmasına başlanılıb. Bu quyuların qazılması ilə rayonun 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.

Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2018-ci ildə 3110 hektar pambıq, 7583 hektar dənli, 14 min 791 hektar yemlik bitkilər, 420 hektar qarğıdalı, 5000 hektar bostan və tərəvəz, 700 hektar şəkər çuğunduru, 96 hektar çoxillik bitkilər, 3700 hektar həyətyanı sahələrin suvarma suyuna olan tələbatı ödənilib. Ümumilikdə ilin əvvəlindən müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmiş sahələr 4,5 dəfə suvarılıb. Hazırda taxıl əkinlərinin suvarılması ilə yanaşı, pambıq əkiləcək sahələrdə də arat işlərinə başlanılıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264