SƏNAYE

Bu şəxslərə 5 milyon 409 min 386 manat vəsait ödənilib
20 DEKABR 2018
128

Bu şəxslərə 5 milyon 409 min 386 manat vəsait ödənilib

2018-12-20 09:39:00

Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın verilməsinə başlanılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb.

Fins.az xəbər viri ki, şuranın qərarı ilə Quba, Şəmkir, Tovuz, Ağcabədi, Göyçay, Cəlilabad, Masallı, Qobustan, İsmayıllı, Füzuli, Qazax, Ağdaş, Neftçala, Ucar, Biləsuvar, İmişli, Hacıqabul, Salyan, Ağdam, Ağsu, Qəbələ, Kürdəmir, Beyləqan, Şamaxı, Oğuz, Qax, Sabirabad, Göygöl, Şabran, Samux, Xocavənd, Saatlı, Gədəbəy, Daşkəsən rayonları üzrə dövlət və özəl toxumçuluq və tinglik təsərrüfatlarına 5 milyon 409 min 386 manat vəsait ödənilib. Digər rayon/şəhər komissiyalarından daxil olmuş sənədlərə də baxılır və yaxın günlərdə toxum və ting istehsalçılarına subsidiya ödəniləcək.

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Ekspert Şurasının yekun qərarından sonra subsidiyalar barədə ümumu məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək. Aqrobiznes

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266