SƏNAYE

Yaxın zamanda Heydər Əliyev adına NEZ-də yeni qurğu istifadəyə veriləcək
19 DEKABR 2018
188

Yaxın zamanda Heydər Əliyev adına NEZ-də yeni qurğu istifadəyə veriləcək

2018-12-19 17:57:00

Yaxın vaxtlarda Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yeni bitum istehsalı qurğusu istifadəyə veriləcək.

Fins.az xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. “Zavodun yenidənqurma və modernləşdirilməsi layihəsinin ilkin mərhələsi çərçivəsində ötən aylarda yeni bitum qurğusunun inşası ilə bağlı əsas işlər başa çatıb. Qurğu beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Ərazidə inşaat işləri tikinti norma və qaydalarına, beynəlxalq və yerli standartların tələblərinə uyğun tam təhlükəsiz şəraitdə həyata keçirilib. Qurğunun yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”, - deyə SOCAR rəsmisi əlavə edib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub. SOCAR qurğunun inşası üzrə Avstriyanın “Poerner” şirkəti ilə müqavilə imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256