SƏNAYE

Azərbaycan süd idxalına 11 ayda 11 mln. dollar xərcləyib
19 DEKABR 2018
193

Azərbaycan süd idxalına 11 ayda 11 mln. dollar xərcləyib

2018-12-19 16:27:00

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 11 044,29 min ABŞ dolları dəyərində 8 089,17 ton süd idxal edib. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 11 ayı ilə müqayisədə 353,93 ton (4,58%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 721,96 min dollar (13,49%) azdır.

Bu ilin 11 ayı ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264