SƏNAYE

Hacıqabulda 12 min ədəd tut tingi əkildi
19 DEKABR 2018
70

Hacıqabulda 12 min ədəd tut tingi əkildi

2018-12-19 15:10:00

Hacıqabulda baramaçılıq yeni təsərrüfat sahəsidir. Son illər rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur.

Fins.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, aqrar bölmənin bu gəlirli sahənin inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 5 min tut tingi əkilərək kümçülərə verilib. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, bu günlərdə Çin Xalq Respublikasından gətirilmiş tinglərin 6 min ədədi rayonda əkilib. Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir.

Qeyd edək ki, son üç ildə rayonda baramaçılığı inkişaf etdirmək məqsədi ilə 12 min ədəd tut tingi əkilib.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256