SƏNAYE

Bu parklara 5 milyard manat sərmaye cəlb edilib - nazir AÇIQLADI
19 DEKABR 2018
216

Bu parklara 5 milyard manat sərmaye cəlb edilib - nazir AÇIQLADI

2018-12-19 14:20:00

“Hazırda Azərbaycanda 45 aqroparkın yaradılması həyata keçirilir”

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycanda yaradılan sənaye parkları və məhəllələri hesabına dövlət  5 milyard manat  sərmayə olunub. 

“Sahibkarlar üçün investisiya təşviqi mexanizminin işə düşdüyü 2 il ərzində 330 layihəyə investisiya təşviqi sənədi verilib, 2.8 milyard manat investisiyanın yatırılması həyata keçirilib. Hazırda sənaye ilə yanaşı kənd təsərrüfatı sahəsində də oxşar mexanizm tətbiq edilir. Hazırda Azərbaycanda 45 aqroparkın yaradılması həyata keçirilir. Bunlardan 18-i artıq fəaliyyətə başlayıb, qalanları isə növbəti illərdə fəaliyyətə başlayacaq”.

Nazir qedy edib ki, 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində və Qazaxıstanın iki şəhərində ticarət evlərinin açılması planlaşdırılır.  Ş.Mustafayev əlavə edb ki, ölkədə qeyri neft məhsullarının ixracı 10%-dən çox artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264