SƏNAYE

Bu il pambıq yığımı nə qədər olub?
18 DEKABR 2018
375

Bu il pambıq yığımı nə qədər olub?

2018-12-18 17:48:00

Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228 003 ton məhsul təhvil verilib. Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur. Pambıq yığımında Saatlı (30 058 ton), Bərdə (24 962 ton), Ağcabədi (22 825 ton), Biləsuvar (21 773 ton) və Beyləqan (21 281 ton) rayonları irəlidə gedir.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 815 hektar), İmişli (13 645 hektar), Sabirabad (13 055 hektar), Biləsuvar (12 000 hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 630 hektar) və Beyləqan (9 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264